Masallıda avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə vurduğu zərərin qarşısının alınması istiqamətində tədbir həyata keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyun tarixində Report.az-a istinadən verir.
Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılan avtomobillər xüsusi cihaz vasitəsilə yoxlanılıb.
Profilaktik tədbirlər zamanı yol polisi əməkdaşları tərəfindən, həmçinin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edən, sərnişindaşıma və yükdaşıma qaydalarını pozan, avtomobillərə konstruksiya dəyişiklikləri edən və digər inzibati xətalara yol verən sürücülər də aşkarlanıblar və barələrində protokol tərtib edilib.
Ümumilikdə isə ilin əvvəlindən Masallı rayonunda yol polisləri nəqliyyat vasitəsini spirtli içki və ya narkotik vasitənin təsiri altında idarə edən 72 sürücü müəyyən ediblər.