Masallı rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 iyul tarixində Report.az-a istinadən verir.
Belə ki, avtomobil yolu keçən 5 yaşlı K.F.-ni vurub.
Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin və baş-beyinin əziyi diaqnozları qoyulub.
Araşdırma davam edir.