Lerik rayonunda bağlı qalan Çayrud kənd yolu tam olaraq açılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 may tarixində Apa.az-a istinadən verir.
Ötən gündən etibarən əraziyə gətirilmiş xüsusi "Ruksun" texnika vasitəsilə yolda qalan iri qaya parçaları partladılıb və yoldan kənarlaşdırılıb. Hazırda yolda nəqliyyatın hərəkəti tam olaraq bərpa olunub.
Daha əvvəl yolun dağ uçqunu nəticəsində bağlandığı haqda məlumat vermişdik.