Lənkəran rayonunun Yuxarı Nüvədi kəndinin sakinləri yolların yararsız vəziyyətdə olmasından əziyyət çəkirlər. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 iyun tarixində verir.
Uzun müddət kənddaxili yolların asfalt örtüyü yoxdur. Sakinlərin sözlərinə görə, yağışlı havada yolların palçıqlı olmasından keçmək mümkünsüz olur.
“Ara-sıra öz hesabımıza çınqıl materialları tökürük, amma problem yenədə həll olunmur”, – deyə onlar əlavə ediblər.