Lənkəran rayonunun Şiləvar kənd sakinləri yollarından sarı əziyyət çəkirlər. Bununla bağlı kəndin Vətən müharibəsi veteranı bu gün, 14 iyun tarixində Cenublu.az-a müraciət edib.
Belə ki, kəndin Vətən müharibəsi veteranının sözlərinə görə, kəndin yollarında uzun müddətdir ki, çuxurlar əmələ gəlir. Bu da nəqliyyatın sərbəst hərəkətinə maneələr yaradır:
“Xahiş edirik aidiyyəti qurumlardan, kəndimizin yollarını təmir etsinlər”.
[URIS id=61063]