Lənkəran rayonunun Sütəmurdov kəndinin bu yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 may tarixində verir.
Belə ki, “Məkan” çay evi və “Lənkəran Konserv Zavodu”nun yaxınlığında yerləşən yolun örtüyü yararsız olduğundan orada avtomobillər və piyadalar hərəkət edə bilmir.
Sakinlər bildirirlər ki, yaşayış evlərinin yerləşdiyi bu yola nə təcili tibbi yardım, nə də FHN maşınları gəlib çıxa bilmir:
“Xahiş edirik aidiyyəti qurumlardan, yolumuzu təmir etsinlər”.