Lənkəran Dövlət Universitetinin 2-ci korpusunun yerləşdiyi küçənin təmirə ehtiyacı var. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 may tarixində verir.
Söhbət Əli Məmmədov küçəsindən gedir. Burada əmələ gələn çuxurlar yolu keçilməz vəziyyətə salıb.
“Bu yoldan yüzlərlə müəllim və tələbə istifadə edir. Yağış yağan kimi çuxurlar su ilə dolur. Bu vəziyyət həm piyadalara, həm də sürücülərə çətinlik yaradır. Xahiş edirik aidiyyəti qurumlardan, bunları nəzərə alıb yolumuzu təmir etsinlər”, – deyə sakinlər müraciət ediblər.
Xatırladaq ki, məsələ ilə bağlı daha öncə məlumat vermişdik.