Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyul tarixində Apa.az-a istinadən verir.
Hadisə Lənkəran - Boradigah - Masallı yolunda qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yük avtomobili ilə toqquşub. Yük avtomobili aşaraq, digər “Mercedes” avtomobilinə çarpılıb. Qəza nəticəsində həmin istiqamətdə yolda nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Hazırda yolun tam açılması istiqamətində işlər aparılır.
Qəzada xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.