Lənkəranda velosipedçi qəzaya düşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyul tarixində Apa.az-a istinadən verir.
Bu gün günorta saatlarında Lənkəran rayonunun 48 yaşlı Səpnəkəran kənd sakini İlham Əliş oğlu Əjdərov kənddə velosipedlə hərəkətdə olarkən yoldan çıxaraq yol kənarındakı dirəyə çarpılıb.
İ.Əjdərov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub və ona ilkin tibbi xidmətlər göstərilib.