Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyun tarixində verir.
Hadisə rayonun Şürük kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı, 90-SG-299 dövlət nişanlı avtomobil yol qırağında yerləşən xəndəyə düşüb.
İlkin versiyaya görə, hadisə sürücünün yağışın yağması və xəndəyin dolması nəticəsində yol qırağında olan üstüaçıq çuxuru görməməsinə görə baş verib.