Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 iyul tarixində Apa.az-a istinadən verir.
Hadisə köhnə Ələt–Astara–Lənkəran yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. "Qazel" markalı yük avtomobili hərəkətdə olarkən anidən qarşısına camışlar çıxıb. Yük maşını camışları vurub.
Sürücü xəsarət almayıb. Avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.