Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyul tarixində Apa.az-a istinadən verir.
Hadisə Liman şəhəri ərazisində baş verib. "Azsamand" markalı minik avtomobili "Volkswagen" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində xəsarət alanlar var. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Araşdırma aparılır.