Lənkəranda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 iyul tarixində Report.az-a istinadən verir.
26 yaşlı Babək Məmmədovun idarə etdiyi avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə B.Məmmədov xəsarət alıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Qəzanın təfərrüatı araşdırılır.