Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 may tarixində Report.az-a istinadən verir.
Qəza Şəhidlər xiyabanı küçəsində qeydə alınıb. Güloğlan İsmayılov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən 45 yaşlı Vüsalə Əliyevanı vurub. Ağır yaralanan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Araşdırma aparılır.