Lənkəran şəhəri Mirzə Səlim Axundzadə küçəsində "Giriş qadağandır" yol nişanı qoyulub. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 may tarixində verir.
Bu hal 1 həftədən çox davam edir. Küçədə yaşayış binası və 14 saylı uşaq bağçası yerləşir. Sakinlərin sözlərinə görə, nişan qoyulandan sonra uşaqları bağçaya yola salarkən, taksi sifariş edərkən, həmçinin şəxsi avtomobillə əraziyə daxil olmaq istəyərkən onlar bir sıra çətinliklərlə üzləşirlər.