Lerikdə torpaq sürüşməsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyun tarixində Apa.az-a istinadən verir.
Belə ki, bu gün günorta saatlarında hava şəraitinin dəyişməsi və Lerik rayonunda güclü leysan, dolu düşməsi nəticəsində dağlarda torpaq sürüşməsi baş verib.
Torpaq sürüşməsi, əsasən, Lerik–Lənkəran magistralının 37-ci kilometrində, Lerik rayonunun Peştətük kəndi ərazisində baş verib. Hazırda əraziyə 52 saylı Lerik Yol İstismarı MMC-nin ağır texnikaları və canlı qüvvəsi cəlb olunub. Yolun qismən açıldığı bildirilir.
Rayon ərazisində axşama doğru hava şəraitinin daha da kəskin dəyişəcəyi bildirilir.
Hazırda yolun tam açılması istiqamətində işlər davam etdirilir.