Lənkəran şəhəri, Koroğlu küçəsindəki kanalizasiya sistemi sakinləri narahat edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 aprel tarixində verir.
Sakinlərin sözlərinə görə, sözügedən küçədə yerləşən bəzi evlərin kanalizasiya sistemi qeyri-qanuni olaraq birləşdirilib. Nəticədə çirkab sular xəndəklərdə toplanıb qalır və ətrafı üfunət bürüyür. Yağış yağanda vəziyyət daha da pisləşir.
Məsələ ilə bağlı sakinlər Lənkəran şəhər İcra Hakimiyyətinə və Abadlıq Xidmətinə müraciət ediblər. Lakin bu vəziyyət hələ də aradan qaldırılmayıb.
“Aidiyyəti qurumlardan məsələyə nəzər salmalarını xahiş edirik”, – deyə sakinlər müraciət ediblər.