Astara rayonunun Mirzə Cəbiyev küçəsinin yolu sakinləri narahat edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 may tarixində verir.
Sözügedən küçədə yağışlı hava şəraitində çuxurlar yağış suları ilə dolur. Nəticədə yoldan keçən avtomobillər çuxurlara düşərək zədələnir.
Sakinlərin sözlərinə görə, hər dəfə yağış yağan zaman belə vəziyyətlə qarşılaşırlar.
“Yol örtüyündə dərin dəliklərin yaranması və kanalizasiya sistemlərinin olmaması yağışdan sonra bu cür fəsadlara gətirib çıxarır”,- deyə sakin danışıb.