Cəlilabad rayonunun Göytəpə şəhərinin daha bir küçəsi təmir olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 iyul tarixində verir.
Belə ki, vətəndaşlar tərəfindən Göytəpə bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına şəhid Əli Musayev küçəsinə çınqıl materialı tökülərək təmir işləri aparılıb.