Ələt–Astara–İranla dövlət sərhədi avtomobil yolunun 61,5-ci kilometrində (Salyan rayonunun Marışlı kəndindən keçən hissədə) sürət həddi 110 km/saatdan 90 km/saata endirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 iyul tarixində verir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, məqsəd hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılmasıdır.