Cəlilabad rayonunun Üçtəpə bələdiyyəsi tərəfindən kənddaxili yolların təmiri davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyun tarixində verir.
Belə ki, vətəndaşlar tərəfindən Üçtəpə bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına Üçtəpə kəndində kənddaxili yollara çınqıl materialı tökülərək təmir işləri aparılıb.