Cəlilabad rayonunun Şabanlı kəndinin yolları asfaltlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 may tarixində verir.
Belə ki, Şabanlı kəndindən keçən kəndarası avtomobil yolunun 4000 kvadratmetr hissəsinə asfalt örtüyü döşənib.
Qeyd edək ki, işlər Şabanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və Şabanlı kənd sakinlərinin birgə təşkilatçılığı ilə baş tutub.