Cəlilabadda Şorbaçı bələdiyyəsi tərəfindən kənddaxili yolların təmiri davam etdirilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 iyun tarixində verir.
Rayonun Məmmədrzalı kəndində yollara çınqıl materialı tökülərək təmir işləri həyata keçirilib. İşlər vətəndaşlar tərəfindən Şorbaçı bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına aparılıb.