Cəlilabad rayonunun Boyxanlı bələdiyyəsi tərəfindən kənddaxili yolların təmiri davam etdirilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 iyun tarixində verir.
Yollar vətəndaşlar tərəfindən bələdiyyəyə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına təmir olunur. Hazırda Məlikqasımlı kəndinin daxili yollarında təmir işlərinə başlanılıb.