Cəlilabad rayonun Həziabad kəndində yolların təmiri davam etdirilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 iyun tarixində verir.
Təmir işləri vətəndaşlar tərəfindən Komanlı bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına həyata keçirilir. Hazırda kənddaxili yollara çınqıl materialı tökülüb.