Cəlilabad rayonunun Boyxanlı kəndinin yolları təmir olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 iyul tarixində verir.
Belə ki, vətəndaşlar tərəfindən Boyxanlı bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına Boyxanlı kəndində kənddaxili yollara çınqıl materialı tökülərək təmir işləri aparılıb.