Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 may tarixində Apa.az-a istinadən verir.
Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Cəlilabad rayon sakini Həsən Əsgərlinin idarə etdiyi "Nissan" markalı avtomobil yol kənarında hərəkətsiz dayanan iki minik maşınına çarpılıb və yolun hərəkət hissəsində aşıb. Avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.