Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 iyul tarixində Qafqazinfo-ya istinadən verir.
Hadisə köhnə Bakı–Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, “Ford” markalı yük avtomobili axşam saatlarında qəfildən qarşısına çıxan qoyun sürüsünə çarpılıb.
Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib və bir neçə xırdabuynuzlu heyvan tələf olub.