Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 iyun tarixində Apa.az-a istinadən verir.
Hadisə Uzuntəpə kəndində qeydə alınıb. “Lexus” markalı minik avtomobili ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub. Nəticədə bir nəfər xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.