Cəlilabadda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 may tarixində Apa.az-a istinadən verir.
Hadisə köhnə Ələt–Astara magistralında, rayonun Alar kəndi ərazisində qeydə alınıb. "VAZ-2107" markalı avtomobilin sürücüsü idarəetməni itirib və öz yolu ilə hərəkət edən "VAZ-2106" markalı nəqliyyat vasitəsinə çarpılıb.
Nəticədə sonuncunun sürücüsü, rayonun Eçara kənd sakini Fərəməz Fərəcov baş nahiyəsindən xəsarət alıb.
Araşdırma aparılır.
[caption id="attachment_59247" align="alignnone" width="336"]
Foto Apa.az[/caption]