Cəlilabadda minik avtomobilinin aşması nəticəsində sürücü xəsarət alıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 iyul tarixində Report.az-a istinadən verir.
Hadisə Cəlilabad–Cəngan avtomobil yolunda qeydə alınıb. Belə ki, 43 yaşlı Ramin Məmmədov idarə etdiyi "VAZ-2106" markalı minik avtomobilini yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb. O, təcili tibbi yardım avtomobili ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.