Cəlilabadda məktəblinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 may tarixində Unikal.az-a istinadən verir.
Hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, rayon sakini olan 8 yaşlı Sürac Rüstəmovu "Ford" markalı mikroavtobus vurub. O, ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.