Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 may tarixində Report.az-a istinadən verir.
Hadisə Ələt–Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Prado" markalı minik avtomobili mikroavtobusa çarpılıb.
Təcili tibbi yardım briqadasının əməkdaşları tərəfindən mikroavtobusda olan bir neçə şəxsə yerində ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.