Ələt–Astara avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyun tarixində Report.az-a istinadən verir.
Hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, qəza zamanı "Kia" , "BMW", "Mercedes" , "Nissan" markalı minik avtomobilləri ilə "MAN" markalı yük avtomobili toqquşub.
Hadisə nəticəsində bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.