Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 iyul tarixində Apa.az-a istinadən verir.
Qəza H.Əliyev prospektində baş verib. Minik avtomobili rayon sakini, 14 yaşlı M. Əmirzadəni vurub. Nəticədə yeniyetmə xəsarət alıb. O, təcili olaraq xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.