Cəlilabadda qadın sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 iyun tarixində Apa.az-a istinadən verir.
Qəza köhnə Ələt–Astara yolunun 95-ci kilometrində qeydə alınıb. 34 yaşlı Aygün Yüsibova idarə etdiyi avtomobillə idarəetməni itirib və maşın aşıb. Sürücü bel nahiyəsindən ağır zədə alıb. O, Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt üzrə araşdırma aparılır.