Cəlilabad rayonunun Üçtəpə kəndində yolların təmiri davam etdirilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 iyun tarixində verir.
Təmir Üçtəpə bələdiyyəsi tərəfindən həyata keçirilir. Vətəndaşlar tərəfindən bələdiyyəyə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına kənddaxili yollara çınqıl materialı tökülərək təmir işləri aparılır.