Rusiyanın paytaxtı Moskvadan Lənkəran şəhərinə uçuşlara başlanacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 iyun tarixində Report.az-a istinadən verir.
Rusiyanın “Utair” aviaşirkəti tərəfindən təşkil olunacaq uçuşlara iyunun 22-dən start veriləcək. Aviareyslər həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək. Uçuş müddəti 3 saat 40 dəqiqədir.