Astara şəhərinin mərkəzi sayılan Ziya Bünyadov küçəsində çala-çuxurlar əmələ gəlib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 may tarixində verir.
Gediş-gəlişli küçədə yaranan çuxurlar sürücüləri narahat edir. Onlar bildirirlər ki, həm avtomobilləri ziyan görür, həm də əks-yola çıxmalı olduqlarından təhlükəli vəziyyət yaranır.
“Xahiş edirik aidiyyəti qurumlardan, yolu təmir etsinlər”, - deyə sürücülər bildiriblər.