Astara stansiyası ərazisində yerləşən piyada keçidi silinib, nişan isə yoxdur. Bununla bağlı sakinlər bu gün, 3 may tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, “Qələbə” marketinin yanında yeləşən keçid silindiyindən və nişan olmadığından piyadalar yolu keçməkdə çətinlik çəkirlər.
Qeyd edək ki, ərazidə avtobus dayanacağının olması da piyadaların işini çətinləşdirir.