Astara istiqamətində olan yolda quraşdırılmış yol nişanı sürücüləri çaşdırır. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 iyul tarixində Avtosfer.az-a istinadən verir.
Belə ki, məlumatverici lövhənin üzərində düzünə və sola “Astara” yazılıb. Bu yoldan istifadə edən sürücülərdən biri hər iki istiqamətə “Astara" yazılamasının arasındakı fərqin nədən ibarət olduğunu anlamayıb.
Sosial şəbəkə istifadəçiləri düzünə Astara şəhərinin özünə, sola isə şəhərin kənarından keçən yola istiqamət göstərildiyini bildiriblər.