Astarada azyaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 iyun tarixində Apa.az-a istinadən verir.
Hərəkətdə olan minik avtomobili, rayonun Şahağacı kənd sakini, 9 yaşlı T.İ.-ni vurub. Xəsarət alan uşaq Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. O, qapalı kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Araşdırma aparılır.