Lənkəran rayonu, Liman şəhərinin küçələrindən birinin yol örtüyü yararsız vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 noyabr tarixində verir.
Belə ki, 28 May küçəsinin yol örtüyündə dərin çalalar yarandığından sakinlər gediş-gəlişin çətinləşdiyini bildirirlər.
“Sözügüdən məhəllədə 100-ə yaxın ailə yaşayır. Yağışdan sonra, ümumiyyətlə, yollarımız keçilməz olur. Hər gün bu yoldan şagirdlər, iş adamları, yaşlı insanlar palçığa bataraq gedib-gəlirlər. Bir neçə dəfə müraciət etmişik, lakin problem hələ də həll olunmayıb”, - deyə sakinlər bildiriblər.
[URIS id=28304]