Lənkəranda, Zərifə Əliyeva küçəsindəki piyada səkisində piyadaların maneəsiz hərəkəti üçün çətinlik yaşanır. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 fevral tarixində verir.
Yanvarın 13-də yağan aramsız qar nəticəsində adıçəkilən küçədə ağaclar səkidən aşıb. Ağaclar ərazidən kənarlaşdırılandan sonra səki qəzalı vətiyyətə düşüb.
“Xahiş edirik aidiyyəti qurumlardan, səkini təmir etsinlər”, – deyə sakinlər müraciət ediblər.