top
Azərbaycan müğənnisi Gülağa Məmmədovun xatirəsi anılır
06 iyun 2025, 23:33
- +

Azərbaycan müğənnisi Gülağa Məmmədovun xatirəsi anılır

Bu gün sənətkarlıq həyatına Üzeyir Hacıbəylinin təklifi ilə başlayan Gülağa Məmmədovun xatirəsi anılır. 

Gülağa Allahverdi oğlu Məmmədov 28 iyun 1925-ci ildə Lənkəran şəhərində anadan olub.

O, maddi vəziyyətə görə ailəsi ilə birgə Bakıya köçüb. Gülağa 1943-cü ildə Bakıda 132 saylı orta məktəbi bitirib.

O, kiçik yaşlarından musiqiyə maraq göstərib. Bir gün 12 yaşlı Gülağa qonşu uşaqları başına yığıb mahnı oxuduğu zaman təsadüfən həmin küçədən keçən bəstəkar Üzeyir Hacıbəyli onun səsini eşidib. Bu hadisədən sonra o, Üzeyir bəyin təklifi ilə 1938-ci ildə Moskvada Azərbaycan mədəniyyəti ongünlüyünün iştirakçısı olub. Gülağa burada maestro Niyazinin müşayiəti ilə “Koroğlu” operasından “Səni gördüm, aşiq oldum” ariyasını ifa edib. O, gümüş medala və fəxri fərmana layiq görülüb. Moskvadan qayıdandan sonra bu uğurlarına görə ona ikiotaqlı ev və aylıq təqaüd ayrılıb. Sənətkar Azərbaycan musiqisini Polşa, Almaniya, Türkiyə, Əlcəzair və s. ölkələrdə təbliğ edib.

Gülağa 15 yaşında olarkən bəstəkar Səid Rüstəmovun ansamblına qəbul edilib. Daha sonra o, Konservatoriyaya (indiki Bakı Musiqi Akademiyası) daxil olub. Burada Gülağa sənətkar Bülbüldən dərs alıb.

Məmmədov 1947-1949-cu illərdə Musiqili Komediya Teatrında çalışıb. Burada o, “Arşın mal alan”, “Beşmanatlıq gəlin” və digər tamaşalarda baş rollarda çıxış edib.

Sənətkar bütün yaradıcılığı boyu 600-dən çox mahnı oxuyub, 15-dən çox bədii filmdə və teatr tamaşalarında mahnılar səsləndirib.

1952-ci ildən ömrünün sonunadək Gülağa Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin xalq çalğı alətləri ansamblının solisti olub.

Gülağa Məmmədov 7 iyun 1994-cü ildə Bakıda infarktdan vəfat edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:43

Salto vurmaqda ittiham edib döydü – Cəlilabadda hadisə

Bütün xəbərlər
Bu gün, 15:45

Bir ildə erkən evliliyə cəhdlə bağlı 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Bütün xəbərlər
Bu gün, 14:39

Sabah şaxta olacaq - PROQNOZ

Sizi maraqlandıran
Bu gün, 13:45

Təhsil tələbə kreditindən yararlanmaq istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Bu gün, 12:27

XTQ-nin 19 yaşlı qəhrəman şəhidi

Sizi maraqlandıran
Bu gün, 11:28

Boradigahda keçilməz küçə - Yağış suları həyətləri basır

Bütün xəbərlər
Bu gün, 10:28

Lənkəranda evin damından yıxılan kişi 16 gün sonra ölüb

Bütün xəbərlər
Bu gün, 09:12

Lerikli şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 17:33

Həzi Aslanovun 116 illiyinə həsr olunan anım tədbiri keçirilib

Məişət
Dünən, 16:29

Sabah Biləsuvarın bir hissəsində qaz olmayacaq

Məişət
Dünən, 15:26

Sabah yollar buz bağlayacaq

Bütün xəbərlər
Dünən, 13:49

Lənkəranda 1-ci Qarabağ müharibəsi iştirakçısının meyiti tapılıb

Bütün xəbərlər
Dünən, 13:00

Cəlilabadda yol-nəqliyyat hadisəsi: 2 nəfər ağır xəsarət alıb

Bütün xəbərlər
Dünən, 11:50

21 yaşlı lənkəranlı Bakıda infarktdan öldü

Sizi maraqlandıran
Dünən, 11:05

Buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı

Bütün xəbərlər
Dünən, 10:27

Saatlıda 6 kiloqram narkotik ələ keçirildi

Bütün xəbərlər
Dünən, 09:23

Biləsuvar sakini paytaxtda qətlə yetirilib

İqtisadiyyat
21 yanvar 2026, 17:51

Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır – SİYAHI

Bütün xəbərlər
21 yanvar 2026, 17:16

Lənkəranda qardaşını qətlə yetirən şəxsə hökm oxunub

İqtisadiyyat
21 yanvar 2026, 16:30

Qarın vurduğu ziyana görə bu şəxslərə 915 min manat ödənildi

İqtisadiyyat
21 yanvar 2026, 15:13

İşləyən pensiyaçılar üçün yeni təklif

Bütün xəbərlər
21 yanvar 2026, 14:33

Sabah hava necə olacaq?

Məişət
21 yanvar 2026, 13:36

Masallıda 3 500 abonentin qaz təchizatı dayandırılacaq

Məişət
21 yanvar 2026, 12:49

Cənublu Əməkdar müəllim vəfat etdi

Oxşar xəbərlər