top
Qızılbaşlı Adəm İzzət oğlu təxəllüsü ilə tanınan şair
19 yanvar 2023, 02:00
- +

Qızılbaşlı Adəm İzzət oğlu təxəllüsü ilə tanınan şair

Adəm İzzət oğlu Seyfullayev 30 sentyabr 1925-ci ildə Masallı rayonunun Şərəfə kəndində anadan olub. Seyfullayevin nəsli qızılbaşlarla bağlı olduğundan onu “Qızılbaşlı Adəm İzzət oğlu” adlandırırlar [2].

Seyfullayev Şərəfə kəndindəki yeddiillik məktəbi bitirdikdən sonra, 1940-cı ildə Lənkəran Pedaqoji Texnikumuna daxil olub [1,2].

O, Böyük Vətən müharibəsi iştirakçısı olub. 1942-ci ildə, 17 yaşı olarkən Adəm iki aylıq serjantlıq kursunu bitirdikdən sonra Buynakska (Dağıstan) hərbi hissəsinə yollanıb [2]. Lakin bir müddət sonra serjant ağır yaralandığından Bakı hərbi hospitalına müalicəyə göndərilib. Daha sonra isə Seyfullayev ordudan tərxis olunub [1].

Adəm Seyfullayev 1945-1950-ci illərdə Şərəfə və Şəmidxan (indiki Səmədxanlı) kəndlərində müəllim işləyib, eyni zamanda 1946-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində tarix müəllimi ixtisası üzrə qiyabi təhsil alıb [1,2]. Sonralar o, Rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri, 1953-cü ildən Şərəfə kənd məktəbinin direktoru kimi çalışıb. Adəm Seyfullayev 1957-ci ildə Şərəfə kəndində ilk orta məktəb açıb.

Seyfullayev 1964-1968-ci illərdə Masallı şəhər 2 saylı məktəbdə, daha sonra isə Masallı şəhər 3 saylı məktəbdə tarix müəllimi işləyib [1].

O, həmçinin şair kimi də tanınır. Yazıçının 1998-ci ildə “Qızılbaşlar” adlı ilk şeir kitabı, 1990-cı ildə isə “Xanbulanın təranəsi” poeması çap edilib [2].

Seyfullayev 1985-ci ildə gənc nəslin təlim və tərbiyəsində uğurlarına görə sovet hökuməti tərəfindən mükafata layiq görülüb.

30 sentyabr 2000-ci ildə Masallı şəhərində onun 75 illik yubiley tədbiri keçirilib. Masallı Rayon İcra Hakimiyyətinin Sərəncamı ilə Adəm Seyfullayevin 75 illiyi ilə bağlı “Qızılbaşlı Adəm İzzət oğlu” adlı buklet buraxılmışdır [2].

Ədəbiyyat:


  1. N.Ş.Məmmədova, S.Ş. Məmmədov. Şərəfə və onun layiqli övladları. Bakı-2002.

  2. Şamxəlil Məmmədov. Milli təhsilin fədailəri. Bakı-2004.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:56

Arazı üzərək Azərbaycana keçən əfqanlar TUTULDU

Bütün xəbərlər
Dünən, 17:31

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 16:58

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:27

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 15:56

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 15:25

Ötən ay 13 stomatoloq məsuliyyətə cəlb edilib

Bütün xəbərlər
Dünən, 14:53

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 14:14

Bir gündə 55 cinayət açıldı

İqtisadiyyat
Dünən, 13:40

Kartdan köçürmədə sərbəstlik, qəbulda isə limit

Kriminal
Dünən, 13:05

Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Kriminal
Dünən, 12:36

Ötən gün Azərbaycanda xeyli silah-sursat aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:05

Saatlılı bankir evində ölü tapıldı

Kriminal
Dünən, 11:33

Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 11:00

Şəhid Elkiyar Məmmədovun doğum günüdür

Bütün xəbərlər
Dünən, 10:30

Şuşa fatehinin atası vəfat etdi

Bütün xəbərlər
Dünən, 09:54

Cəlilabadda qəza: Xəsarət alanlar var - VİDEO

Cəmiyyət
Dünən, 09:19

İmişlidə uşaq velosipedlə traktorun altında qaldı

Bütün xəbərlər
06 avqust 2026, 18:00

Ailələrin yarıdan çoxu 30 ildən artıqdır eyni evdə yaşayır

İqtisadiyyat
06 avqust 2026, 17:27

Azərbaycanda nələr bahalaşıb? - Son statistika

Bütün xəbərlər
06 avqust 2026, 16:54

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Kriminal
06 avqust 2026, 16:26

Qohumunu vurub xəsarət yetirən gəncin taleyi bəlli oldu

Kriminal
06 avqust 2026, 15:55

Lənkəranda kişi smartfon işlədən keçmiş arvadının qabırğalarını sındırdı

İqtisadiyyat
06 avqust 2026, 15:23

Azərbaycanda gəlirlərin əsas hissəsi maaşdan formalaşmır - RƏSMİ

Bütün xəbərlər
06 avqust 2026, 14:50

Sabah hava necə olacaq?

Oxşar xəbərlər