top
Masallılı dövlət xadimi Zəbi Quliyev
29 sentyabr 2022, 02:30
- +

Masallılı dövlət xadimi Zəbi Quliyev

Zəbi Əhəd oğlu Quliyev 1910-cu ildə Masallı rayonunun Hacıtəpə kəndində anadan olub [2].

1924-cü ildə Zəbi Quliyev Xırmandalı kəndindəki məktəbdə oxumağa başlayıb, daha sonra isə Ərkivan qəsəbəsindəki Ağ məktəbdə təhsilini davam edib. Bundan əlavə, o, dini təhsil də alıb.

1928-ci ildə Zəbi Lənkəran Pedaqoji məktəbinə daxil olub. O, 1931-ci ildə Bakıda partiya-sovet məktəbini bitirib. Zəbi Quliyev 1931-1941-ci illərdə Şəki, Masallı və Samux rayonlarında gənclər ittifaqında çalışıb.

Böyük Vətən müharibəsi başlayarkən Quliyev Tbilisidəki hərbi-siyasi məktəbdə təhsil almağa göndərilib [1]. O, 10 fevral 1942-ci ildə hərbi xidmətə yollanıb [2]. 1942-ci ilin aprelində Quliyev 416-cı diviziyanın 1373-cü atıcı alayına siyasi rəhbər təyin olunub. Döyüşlərin birində alay faşistlər tərəfindən mühasirəyə alınıb. Bu səbəbdən diviziyanın komandanlığı ilə bir müddət əlaqə kəsilib. Həmin zaman Mircəfər Bağırova Quliyevin almanlara könüllü əsir düşməsi barədə əsassız məlumatlar göndərilib. Deyilənlərə görə, Bağırovun göstərişi ilə Quliyevin 72 nəfər qohumunu Sibirə sürgün etmək üçün NKVD əməkdaşları onları siyahıya alırlar. 1942-ci ilin noyabrında Quliyevin alayı mühasirədən çıxır. O, döyüşdə başından yaralandığından Tbilisi hərbi hospitalına aparılır.

Tbilisidən qayıtdıqdan sonra Zəbi Quliyev Azərbaycan KP aparatında işə başlayır. O, 1943-1952-ci illərdə Şəki, Göyçay və Tovuzda çalışır.

Quliyev indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin qiyabi şöbəsini bitirdikdən sonra, 1952-ci ildə Moskvada Ali Partiya məktəbinə daxil olub. O, 1952-1963-cü illərdə Gəncə, Balakən və Şəkidə işləyir.

Zəbi Quliyev alim Mirkazım Aslanlı ilə birgə Masallının İstisuyunu tədqiq edib. Masallı İstisuyunda sanatoriya yaradılmasında onun rolu olub.

Ulu öndər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra Zəbi Quliyev təqaüdə çıxır. Bu zaman Heydər Əliyev işə dəvət etmək məqsədilə ona məktub yollayır. Lakin Quliyev sağlamlığı ilə əlaqədar işdən imtina etmək məcburiyyətində qalır [1].

Dövlət xadimi “Şərəf nişanı” ordeni, müxtəlif medallar və fəxri fərmanlarla təltif olunub [1,3].

Zəbi Quliyev 1972-ci ilin sentyabrında vəfat edib və Bakıda dəfn olunub. Hazırda Masallı şəhərində onun adını daşıyan küçə var [1].

Ədəbiyyat:


  1. https://web.archive.org/web/20200727192643/https://www.moderator.az/news/82796.html

  2. https://pamyat-naroda.ru/heroes/kld-card_uchet_officer9041617/

  3. https://ourbaku.com/index.php/%D0%9E_%D0%BD%D0%B0%D0%B3%D1%80%D0%B0%D0%B6%D0%B4%D0%B5%D0%BD%D0%B8%D0%B8_%D1%80%D0%B0%D0%B1%D0%BE%D1%82%D0%BD%D0%B8%D0%BA%D0%BE%D0%B2_%D0%BD%D0%B5%D1%84%D1%82%D1%8F%D0%BD%D0%BE%D0%B9_%D0%BF%D1%80%D0%BE%D0%BC%D1%8B%D1%88%D0%BB%D0%B5%D0%BD%D0%BD%D0%BE%D1%81%D1%82%D0%B8..

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:40

Lənkəranda bir nəfər Bumda çimərkən batıb

Bütün xəbərlər
Dünən, 16:32

İlk dəfə heyvanların elektron izləmə sistemi yaradılacaq

Cəmiyyət
Dünən, 15:26

Cəlilabadlı müəllim qadını ölümdən belə xilas etdi

Bütün xəbərlər
Dünən, 14:24

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 13:29

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:30

Masallıda dəhşətli qətl: 69 yaşlı qadın evində baltalanaraq öldürüldü

Kriminal
Dünən, 11:31

Saatlı sakini arvadını cavabına görə 8 dəqiqə döydü

Bütün xəbərlər
Dünən, 10:25

23 yaşlı masallılı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 09:27

Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Faydalı
11 iyun 2026, 17:16

Məhərrəm ayı və Aşura gününün tarixi açıqlanıb

Kriminal
11 iyun 2026, 16:50

Yardımlılı sevgilisini yerə yıxıb təpiklədi - Həbs edilmədi

Bütün xəbərlər
11 iyun 2026, 15:45

Sabah hava necə olacaq?

Bütün xəbərlər
11 iyun 2026, 14:49

Hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Bütün xəbərlər
11 iyun 2026, 13:53

Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

Bütün xəbərlər
11 iyun 2026, 12:56

Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ

Cəmiyyət
11 iyun 2026, 12:00

Gəmiyə hücum zamanı həlak olan Rəcəb Əhədov torpağa tapşırıldı

İqtisadiyyat
11 iyun 2026, 11:00

Hindistan səfiri Lənkəran və Lerikdə əməkdaşlıq imkanlarını müzakirə edib

Kriminal
11 iyun 2026, 10:05

Salyanlı fəhlə iş yoldaşı tərəfindən öldürüldü

Cəmiyyət
11 iyun 2026, 09:07

Xalq artisti Teymur Mustafayevi ehtiramla anırıq

Bütün xəbərlər
10 iyun 2026, 17:34

Nazir Anar Əliyev Salyanda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
10 iyun 2026, 16:27

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
10 iyun 2026, 15:33

Masallıda vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər

Bütün xəbərlər
10 iyun 2026, 14:30

Yanvar-may aylarında neçə şəxsə əlillik təyin olunub?

Bütün xəbərlər
10 iyun 2026, 13:24

Sabah hava necə olacaq?

Oxşar xəbərlər