SON XƏBƏRLƏR

Heydər Əliyev parkı Masallı şəhərinin Qarabağ küçəsi, 17 ünvanında yerləşir [3]. Dörd hektardan çox ərazidə yerləşən bu məkan Masallı şəhərinin ən böyük parklarından biridir [2].

Parkın ərazisində Heydər Əliyev Mərkəzi yerləşir. Mərkəz 2008-ci ildən fəaliyyət göstərir. Bu mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb. Mərkəzdə kütləvi tədbirlər keçirmək və rayon sakinlərinin asudə vaxtını təşkil etmək üçün bütün imkanlar nəzərdə tutulub. Burada iki böyük konfrans zalı, 3D kinoteatr, elektron kitabxana, gənclər mərkəzi, kafe, müxtəlif kurs və dərnəklər, o cümlədən xarici dillər və kompüter kursları, xalçaçılıq, dulusçuluq, dekorativ-tətbiqi sənət dərnəkləri və s. fəaliyyət göstərir [1].

Parkda 2013-cü ildən Ağsaqqallar Klubu yerləşir. Klub rayon veteranlarının görüş və istirahət yeridir. Onlar burada şahmat, domino və nərd oynayırlar.

Heydər Əliyev parkının yanında açılışı 2010-cu ildə baş tutmuş Dövlət Bayrağı Meydanı yerləşir. Azərbaycan bayrağı dalğalanan dirəyin hündürlüyü 34 metr təşkil edir [2].

Ədəbiyyat:

  1. Регионы Азербайджана. Масаллы. 2014.
  2. https://azertag.az/xeber/Azerbaycan_regionlarinda_en_yaxsi_parklar__Mingechevir_Masalli_Gence-1176107
  3. https://heydaraliyev-centers.az/masalli/

Masallı Heydər Əliyev parkı
Masallı Heydər Əliyev parkı
Masallı Heydər Əliyev parkı
Masallı Heydər Əliyev parkı
Masallı Heydər Əliyev parkı Masallı Heydər Əliyev parkı Masallı Heydər Əliyev parkı Masallı Heydər Əliyev parkı
Lənkəranda oğurluq
Aktual

Lənkəranda silsilə oğurluqlar edən rayon sakini saxlanılıb

Silsilə oğurluqlar edən Lənkəran sakini saxlanılıb. Bu haqda məlumat DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a bu gün, 6 iyun tarixində verilib. Belə ki, Lənkəran şəhəri ərazisindəki evlərdən birinin həyətindən