Rövşən Rafiq oğlu Canıyev 27 yanvar 1975-ci ildə Lənkəran şəhərində anadan olub.
Canıyevin 17 yaşı olarkən onun atası kriminal qruplaşmalardan birinin nümayəndələri tərəfindən qətlə yetirilib. 1996-cı ildə məhkəmə zamanı həmin qatil Canıyevin ailəsinin üzvlərini ölümlə təhdid edib. Həmin zaman Rövşən Canıyev qatili güllələyərək öldürüb və bu səbəbdən 2 il müddətinə həbs edilib.
Rövşən Lənkəranskiyə qarşı iki sui-qəsd hadisəsi olub. O, 2001-ci ildə Dubayda olarkən bıçaq yarasından, 2013-cü ildə isə Turkiyədə sui-qəsd cəhdindən sağ qurtula bilib.
2010-cu ildə Bakıda qanunsuz silah saxlama maddəsi ilə onun haqqında cinayət işi açılıb. Dövlət ittihamçısı Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il həbs cəzası verib.
Rövşən Canıyev İnterpol xətti ilə axtarışda olub. İtaliya hökuməti 2013-cü ildə Rövşən barəsində dövlətlərarası axtarış elan etsə də, 2014-cü ildə həmin ölkə onun axtarışını dayandırıb.
16 yanvar 2013-cü ildə Moskvada kriminal qruplaşmalardan birinin başcısı “Ded Xasan”ın qətlində Rövşən Lənkəranskinin əli olduğu deyilirdi.
Rövşən “Lənkəranski” 18 avqust 2016-cı ildə Türkiyənin İstanbul şəhərində naməlum şəxslər tərəfindən öldürülüb. Daha sonra Rövşən Canıyev Lənkəranda Kiçik Bazar qəbiristanlığında dəfn olunub. Deyilənlərə görə, hava limanında onun cənazəsini 60-70 minə yaxın insan qarşılayıb.