top
Bu gün Lənkəran qalasının alınmağından 210 il otür
01 yanvar 2022, 04:00
- +

Bu gün Lənkəran qalasının alınmağından 210 il otür

Lənkəran qalası kompleksi Lənkəran şəhərinin indiki Mirmustafa xan küçəsi, Heydər Əliyev prospekti və Lənkəran çayının sahilləri boyunca uzanırdı [4]. Qala XVIII əsrdə ingilislər tərəfindən inşa olunub [3,5].

Onun sahəsi 36 hektardan çox idi. Bəzi məlumatlara görə, qala sonradan ingilis və fransız memarların köməyilə düzbucaqlı formada bərpa edilib [3]. Bu qalanın ətrafı dərin xəndəklərlə əhatə olunub, lazım olduqda isə həmin yer su ilə doldurulurdu [6].

Lənkəran qalası Birinci Rus-İran müharibəsində 1804-1813-cü illərdə İran ordusunun dayaq məntəqəsi olub və onların 4 minlik qoşunu burada yerləşdirilib [3].

Rus imperiyası Cənubi Qafqazı tamamilə öz tərkibinə qatmaq üçün, Lənkəran qalasını tutmaq qərarına gəlir [1]. Bu qala 1 yanvar 1812-ci ildə general P.S.Kotlyarevski başda olmaqla, 1500-dən çox olan rus qoşunlarının əlinə keçir. Lakin rus generalı Kotlyarevski döyüşlər zamanı üç dəfə yaralanır, dördüncü dəfə isə güllə onun yanağını deşərək, çənəsini sındırır və bəzi beyin sümüklərini qırır. Bu hadisədən sonra, general Kotlyarevski təqaüdə çıxır [1].

Lənkəran qalasının ruslar tərəfindən alınması, 1813-cü ildə onların İranla imzalanan Gülüstan sülh müqaviləsini şərtləndirən amillərdən biri idi. Bu müqavilənin şərtlərindən biri Talış xanlığının Rusiyaya birləşməsi olub [2]. Lakin sonradan ruslar qalanın bir çox hissəsini dağıtmış və yararsız hala salmışdılar. Qalanın bəzi hissələri XIX əsrin sonlarında erməni əsilli rus komandiri Qərib Bəy Malyan tərəfindən Bakıya aparılıb və məhv edilib.

1869-cu ildə qalanın qülləsi mayaka çevrilib və hazırda Lənkəran mayakı kimi tanınır. Əvvəllər mayakın altından Qala həbsxanasınadək (Zindan qala və ya Dairəvi qala) yeraltı yol var idi. Hazırda bu yol su ilə doludur və istifadə edilmir.

Sovet dövründə Lənkəran qalası "26 Bakı kommissarı" adı ilə fəaliyyət göstərib. 1991-ci ildə qalanın əvvəlki adı özünə qaytarılıb. Bu günə qədər Lənkəran qalasının yalnız iki qülləsi gəlib çatıb [4].

Mənbə:


  1. М.Владыкина. Путеводитель и собеседник в путешествии по Кавказу. Часть первая. Москва-1885.

  2. А.Р.Иоаннисян. Присоединение Закавказья к России и международные отношения в начале XIX столетия. Ереван-1958.

  3. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.

  4. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  5. Н.Н.Белявский. Утверждение русского владычества на Кавказе. Тифлис-1902.

  6. https://www.centralasia-travel.com/ru/countries/azerbaijan/sights/lankaran

  7. http://www.anl.az/down/meqale/az_azerbaycan/2019/sentyabr/670440.htm


[caption id="attachment_8369" align="alignnone" width="208"]Foto Cenublu.az Foto Cenublu.az[/caption]

Son xəbərlər

Kriminal
Dünən, 10:00

Sabirabadda həmkəndlisinin başını kəsib bədənindən ayıran şəxsə AĞIR CƏZA

Cəmiyyət
Dünən, 09:00

Lerikli vəzifəli şəxs vəfat etdi

İdman
19 iyun 2026, 17:40

Tahir Abdullayev Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək

Bütün xəbərlər
19 iyun 2026, 16:58

Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
19 iyun 2026, 16:00

Aşura günü qanvermə aksiyası harada keçiriləcək?

Faydalı
19 iyun 2026, 15:02

Cəlilabadda çökən yol təmir olunub

Bütün xəbərlər
19 iyun 2026, 14:00

Sabah hava necə olacaq?

Cəmiyyət
19 iyun 2026, 13:03

İmişlinin sabiq icra başçısının oğluna aldığı "Range Rover" satıldı

Cəmiyyət
19 iyun 2026, 12:12

Salyan sakinlərinə şad xəbər: Güzəştli mənzillər veriləcək

Bütün xəbərlər
19 iyun 2026, 11:15

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
19 iyun 2026, 10:17

Neftçalada Xəzər dənizinə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb

Cəmiyyət
19 iyun 2026, 09:23

Cənub bölgəsində bəzi kəndlər işıqsız qalacaq

Bütün xəbərlər
18 iyun 2026, 17:07

Qabiliyyət imtahanlarına elektron qeydiyyat başlayır

Kriminal
18 iyun 2026, 16:15

Saatlıda 700 minlik yeyinti: Çoban həbs edilib

Bütün xəbərlər
18 iyun 2026, 15:11

Cəlilabadlı məktəblilər respublika üzrə ən yaxşılar sırasında

Bütün xəbərlər
18 iyun 2026, 14:14

Sabah Azərbaycanda hava necə olacaq?

Faydalı
18 iyun 2026, 13:21

Lənkəranda "Balçı Səyavuş Arıçılıq Muzeyi" istifadəyə verildi

Cəmiyyət
18 iyun 2026, 12:30

Pensiyaçılara şad xəbər

Bütün xəbərlər
18 iyun 2026, 11:33

Yardımlıda xeyli narkotik bitki məhv edilib

Bütün xəbərlər
18 iyun 2026, 10:41

19 yaşlı şəhidimizin ad günüdür

Kriminal
18 iyun 2026, 09:39

Sabirabadda kişi 2 ay əvvəlki təhqirə görə qohumunu döydü

Cəmiyyət
17 iyun 2026, 15:58

Neftçalanın 5 kəndində qaz kəsiləcək

Bütün xəbərlər
17 iyun 2026, 15:00

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Kriminal
17 iyun 2026, 14:05

Masallıda ana iki övladını 1 il fasilə ilə öldürdü - MƏHKƏMƏ

Oxşar xəbərlər